Qlobal enerji investisiyalarının rekord səviyyələrə çatması gözlənilir | Banco.az

Qlobal enerji investisiyalarının rekord səviyyələrə çatması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il onuncusu hazırlanmış Dünya Enerji İnvestisiyaları Hesabatını yayımlayıb.

Banco.az xəbər verir ki, hesabata görə, geosiyasi gərginliklərə və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, 2024-cü illə müqayisədə bu il qlobal enerji investisiyalarının 2 faiz artaraq 3,3 trilyon ABŞ dollarına çatacağı və bununla da yeni rekorda imza atacağı gözlənilir.

Ümumi investisiyaların 2,2 trilyon dollarlıq hissəsinin bərpa olunan enerji, nüvə enerjisi, elektrik şəbəkələri, enerji saxlama sistemləri, aşağı emissiyalı yanacaqlar, enerji səmərəliliyi və elektrikləşmə daxil olmaqla təmiz enerji texnologiyalarına yönələcəyi, qalan 1,1 trilyon dolların isə fosil yanacaq layihələrinə sərf olunacağı hesablanır.

Beləliklə, bu il rekord səviyyəyə çatacağı gözlənilən təmiz enerji investisiyaları ümumi investisiya məbləğinin üçdə ikisini təşkil edəcək. IEA-nın fikrincə, bu vəziyyət təkcə emissiyaların azaldılması istiqamətindəki səyləri deyil, eyni zamanda sənaye siyasətlərinin artan təsirini, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları və elektrik əsaslı həllərin maya dəyəri baxımından rəqabət qabiliyyətliliyini də əks etdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram