Maskın "Boring" şirkətinin dəyəri 23 milyard dollara çatıb | Banco.az

Maskın "Boring" şirkətinin dəyəri 23 milyard dollara çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

İlon Maskın tunel tikintisi şirkəti olan “The Boring Company” 3 milyard dollarlıq yeni maliyyələşdirmə əldə edib.

Banco.az xəbər verir ki, yeni investisiya raundundan sonra şirkətin bazar dəyəri 23 milyard dollara çatıb.

Məlumata görə, maliyyələşdirmədə Birləşmiş Ərəb Əmirlikləri və onunla əlaqəli investisiya qurumları da iştirak edib.

Şirkət bildirib ki, cəlb olunan yeni kapital BƏƏ-də genişmiqyaslı yeraltı nəqliyyat infrastrukturunun yaradılmasına yönəldiləcək. Layihə çərçivəsində ölkə ərazisində 150 kilometrdən çox tunelin inşa olunması nəzərdə tutulur.

Qeyd edək ki, İlon Mask tərəfindən yaradılan “The Boring Company” əsasən böyük şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə yeraltı tunel və nəqliyyat sistemlərinin inşası ilə məşğuldur.