Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Donald Tramp köhnəlmiş dollar sistemini dağıtmağa cəhd göstərə bilər.
Banco. az xəbər verir ki, bu barədə iqtisadçı Mixail Xazin deyib. Xazinin sözlərinə görə, Donald Tramp beynəlxalq Bretton-Vuds maliyyə sistemini, yəni dollar əsasında qurulmuş mövcud iqtisadi modeli dağıtmağa çalışa bilər. Onun məqsədi isə ABŞ-nin sənayesini bərpa etməyə imkan verəcək yeni iqtisadi modelə keçid etməkdir.
Ekspert izah edib ki, köhnə sistemin aradan qaldırılmadan ABŞ-nin yeni administrasiyası istehsalat sektorunu canlandıra və yeni sənayeləşmə prosesinə başlaya bilməz. Bu isə ölkəni iqtisadi böhrandan çıxarmaq üçün vacib addımlardan biridir.
Qeyd edək ki, Bretton-Vuds sistemi mövcud olduğu müddətcə, Trampın ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün ehtiyac duyduğu resurslar xaricə axmağa davam edəcək. Buna görə də, Xazinin fikrincə, o, köhnə iqtisadi düzənin demontajına cəhd edəcək.