Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 658 056 nəfər turist (illik müqayisədə 11% az) gəlib. 2025-ci ilin eyni dövründə ölkəyə gələn turist sayı 735 884 nəfər idi.
Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, təkcə aprel ayında gələnlərin sayı isə 24% azalaraq 174 029 nəfərə enib.
Yanvar-aprel aylarında Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:
Rusiya – 175.3 min
Türkiyə – 147.3 min
İran – 57.1 min
Gürcüstan – 34.9 min
Qazaxıstan – 29.7 min
Bizi sosial şəbəkələrdən izləyin!!
