Qlobal borc birinci rübdə 350 trilyon dolları keçib | Banco.az

Qlobal borc birinci rübdə 350 trilyon dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal borc birinci rübdə 350 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, "Beynəlxalq Maliyyə İnstitutu"nun (IIF) yayımladığı "Qlobal Borc Monitorinqi” hesabatına əsasən, qlobal borcun həcmi bu ilin ilk rübündə 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollarla rekord səviyyəyə çatıb.

Ardıcıl beşinci rübdə artım qeydə alınan qlobal borc həcmi ötən ilin eyni dövründə 327,6 trilyon dollar səviyyəsində idi. Artımın böyük hissəsinin Çin və ABŞ-da dövlət borclanmasından qaynaqlandığı bildirilib.

2023-cü ilin əvvəlindən etibarən əsasən sabit qalan qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti isə ilk rübdə 305 faiz olaraq hesablanıb.

Qeyd olunub ki, borc nisbətləri inkişaf etmiş iqtisadiyyatlarda azalma meylini davam etdirir, inkişaf etməkdə olan bazarlarda isə artım göstərir. Bu dövrdə ən nəzərəçarpan yüksəlişlər Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram