Qeyri-sabit hava ölkədə taxıl qıtlığına səbəb ola bilərmi? – Açıqlama | Banco.az

Qeyri-sabit hava ölkədə taxıl qıtlığına səbəb ola bilərmi? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son günlər müşahidə olunan yağıntılı hava şəraiti kənd təsərrüfatı sektorunda, xüsusilə taxıl yığımı ilə bağlı narahatlıqları artırıb. Davamlı yağışlar məhsulun vaxtında yığılmasına və keyfiyyətinə təsir göstərə biləcəyi üçün bazarda mümkün risklər müzakirə olunur. Bununla belə, mövcud vəziyyəti qiymətləndirərkən təkcə hava şəraitini deyil, ümumi məhsuldarlıq və ehtiyatları da nəzərə almaq vacibdir.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a açıqlamasında bildirib ki, yağıntılı hava şəraiti taxıl yığımını müəyyən müddət ləngidə və bəzi ərazilərdə məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər:

"Lakin təkcə bu amilə əsaslanaraq ölkədə taxıl qıtlığının yaranacağını demək düzgün olmaz. Bunun üçün ümumi məhsuldarlıq, əkin sahələrinin vəziyyəti, yığımın hansı müddətdə başa çatacağı, daxili ehtiyatlar və idxal imkanları da nəzərə alınmalıdır. Əgər əlverişsiz hava uzun müddət davam edərsə, müəyyən həcmdə məhsul itkisi baş verə bilər. Bununla belə, hazırkı mərhələdə genişmiqyaslı taxıl qıtlığından danışmaq üçün kifayət qədər əsas yoxdur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram