Qazaxıstan və Çin arasında 629,1 milyon dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalanıb | Banco.az

Qazaxıstan və Çin arasında 629,1 milyon dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan və Çinin nümayəndə heyətləri Urumçidə keçirilən regionlararası forum çərçivəsində ümumi dəyəri 629 milyon dollardan çox olan sazişlər paketi imzalayıblar.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, forum çərçivəsində 629,1 milyon dollar dəyərində 17 sənəd imzalanıb. Onların arasında Almatı vilayətində 10 yarımstansiyanın və elektrik xətlərinin tikintisi və modernləşdirilməsinə, həmçinin elektrik avadanlıqları istehsal edəcək zavodunun inşasına dair sazişlər, günəbaxan yağı və quru dəvə südünün tədarükünə dair müqavilələr var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et