“Pixar”ın həmtəsisçisi Edwin Catmull-dan kreativliyinizi artıracaq 9 sitat | Banco.az

“Pixar”ın həmtəsisçisi Edwin Catmull-dan kreativliyinizi artıracaq 9 sitat

“Pixar”ın həmtəsisçisi Edwin Catmull kompüter mühəndisliyi üzrə doktorantura təhsilini bitirdikdən sonra müxtəlif texnologiya şirkətlərində işlədi. Həmişə kinolara marağı olan Catmull sonda peşəsini marağı ilə birləşdirdi və hazırda “Pixar”ın və “Walt Disney Animation Studios”un prezidentidir. Catmull 4 dəfə (1993, 1996, 2001, 2008-ci illərdə) “Amerika kinoakademiyası mükafatı”nı (Oskar mükafatı) qazanmışdır. Texnologiya və kino dünyasına böyük töhfələr vermiş Edwin Catmull-dan daha çox şey öyrənmək istəyirsinizsə, aşağıda yaddaşlarda qalmış 11 önəmli sitatını təqdim edirik:

1) Qatarı sürmək marşrutu müəyyən etməz. Əsl iş reysləri döşəməkdir.

2) İdeyalar əngəllərlə qarşılaşdıqda və sınaqdan keçirildikdə mükəmmələşir.

3) Sağlam və kreativ bir mədəniyyətin keyfiyyətini göstərən şey, insanların fikirlərini, düşüncələrini və tənqidlərini açıq şəkildə dilə gətirə bilməsidir. Açıq sözlülüyün əksik olduğu mühitlər əvvəl-axır funksionallığını itirəcəklər.

4) Əgər uğursuzluğu dadmamısansa, səhv etməkdən daha pisini etmisən: Xətadan qaçmaq arzusuna qapılaraq hərəkət etmək. Əsasən, liderlər üçün bu strategiya onları uğursuzluğa məhkum edər.

Ən sərfəli kredit üçün müraciət et

5) Dəyişməkdən qaça biləcəyinizi düşünmək axmaqlıqdır. Nə qədər istəsəniz də, fərq etmir. Amma, mənə görə istəməməlisiniz. Dəyişiklik olmadan nə uğurlu ola bilərsiniz, nə də inkişaf edə bilərsiniz.

6) Ən yaradıcı insanlar qeyri-müəyyənliyin kölgəsində çalışmağa istəkli olanlardır.

7) “Rahatlıq” bir hədəf deyil. Hədəf “Keyfiyyət”dir.

8) Dünyanı hədəflərimizə və dəyərlərimizə bağlı qalaraq dəyişdirə bilərik.

9) Məncə hər şeyə haqq qazandırmaq məcburiyyətində olmamalısınız. Qapımız gözlənilməz şeylərə daima açıq olmalıdır.

Moneta.az