PAŞA Bank 2026-cı ilin ilk yarısında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
Banco.az xəbər verir ki, bu PAŞA Bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlanıb.
Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.4% artaraq 9,98 mlrd AZN-ə, kredit portfeli 5.0% artaraq 4,08 mlrd AZN-ə çatıb.
Depozit portfeli 2.0% azalaraq 7,75 mlrd AZN təşkil edib. Kapital 4.7% artaraq 1,01 mlrd AZN-ə yüksəlib.
Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 10.2% artaraq 301,8 mln AZN, əməliyyat gəlirləri 1.6% artaraq 225 mln AZN, xalis gəlir isə 0.6% artaraq 96,5 mln AZN olub.
