Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə davam edən münaqişələrin qlobal neft tədarükünə təzyiq göstərdiyi bir vaxtda OPEC+ ölkələri noyabr ayı üçün neft hasilatı kvotalarını dəyişməz saxlamaq barədə prinsipial razılığa gəliblər.
Banco.az xəbər verir ki, “Bloomberg”in məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi yeddi ölkədən ibarət qrup mövcud strategiyanı davam etdirəcək və noyabr ayı üzrə hasilat hədəflərinə dəyişiklik etməyəcək.
Məlumata görə, qərar Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda neftin qiymətinin bir barel üçün 100 dollara yaxınlaşmasından, eləcə də dizel yanacağının qiymətlərinin rekord səviyyələrə yüksəlməsindən sonra qəbul edilib.
Bununla yanaşı, G7 ölkələri artan enerji qiymətlərinin qlobal iqtisadiyyata təsirini azaltmaq məqsədilə təcili neft ehtiyatlarının bazara çıxarılması barədə qərar qəbul edib.
