Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Bazar ertəsi günü neft qiymətləri Yaxın Şərqdən ixracın artması və G7 ölkələrinin strateji ehtiyatlardan yanacaq buraxmaq qərarı fonunda düşüb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçersləri 0,73 dollar (0,71%) azalaraq barel üçün 101,52 dollara düşüb. Cümə günü isə Brent markalı neftin bir bareli 0,06 dollar (0,06%) azalaraq 102,25 dollar təşkil edib.

Bu vaxta qədər Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində noyabr ayı üçün WTI fyuçerslərinin qiyməti 1,14 dollar (1,25%) azalaraq bir barel üçün 89,97 dollara düşmüşdü. Əvvəlki sessiyada müqavilə 1,76 dollar (1,9%) azalaraq bir barel üçün 91,11 dollar təşkl edib.