OPEC-in neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşdü | Banco.az

OPEC-in neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşdü

Müəllif:Mehin Qasımova,Banco.az

OPEC üzvü olan ölkələrin neft hasilatı ötən ay gündə 420 min barel azalıb ki, bu da 1990-cı ildən bəri ən aşağı səviyyədir.

Banco.az xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, Yaxın Şərqdəki münaqişə səbəbindən aprel ayında hasilat gündə cəmi 20,55 milyon barel təşkil edib.

Bu tarixdə ən böyük neft bazarındakı pozuntu benzin, aviasiya yanacağı və dizel yanacağının qiymətlərinin artmasına səbəb olub ki, bu da öz növbəsində yeni inflyasiya dalğası və qlobal tənəzzül təhlükəsi yaradır.

Neft hasilatının azalması və qiymətlərin artması Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bağlanması ilə əlaqələndirilir. Axios-un məlumatına görə, ABŞ və İran silahlı münaqişəyə son qoyan anlaşma memorandumu imzalamağa yaxındırlar ki, bu da regionda hərbi əməliyyatlara son qoyacaq və Hörmüz boğazında gəmiçiliklə bağlı 30 günlük danışıqlara başlayacaq.