"Son illərdə regionun aparıcı iqtisadiyyatları – Qazaxıstan, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarını şaxələndirmək və dayanıqlığını artırmaq üçün mühüm nailiyyətlər əldə ediblər".
Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentlik qeyd edib ki, əksər regional bank sistemləri orta səviyyəli şoklara davam gətirmək üçün əhəmiyyətli ehtiyatlar toplayıblar: "Pandemiyadan sonra və 2014–2015 valyuta böhranından sonra sərtləşdirilən tənzimləmə tədbirləri bank sektorunda dollarlaşma səviyyəsini azaldıb və bu da onların xarici şoklara qarşı həssaslığını azaldıb".
"Moody’s" əlavə edib ki, regionun korporativ sektorunda əksəriyyəti iri və dövlətə məxsus olan reytinqli şirkətlər sağlam maliyyə göstəriciləri, yüksək likvidlik və dövlət dəstəyinin köməyi ilə bu iqtisadi qeyri-müəyyənliyi idarə edə biləcək vəziyyətdədir.
apa