Maliyyə qurumları buna görə cərimə ediləcəklər | Banco.az

Maliyyə qurumları buna görə cərimə ediləcəklər

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, maliyyə icrası haqqında hesabatı düzgün təqdim etməyən qurumlar cərimələnəcək.

Bununla bağlı məcəlləyə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Yeni maddəyə əsasən, Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.