Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələrinə 565 milyon 261 min dollarlıq məhsul ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 80 milyon 17 min ABŞ dolları (16,5%) çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 1 milyard 111 milyon 695 min ABŞ dolları dəyərində olub.
Bu isə 2025-ci ilin ilk 4 ayına nisbətdə 1 milyard 84 milyon 673 min dollar və ya 49,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 485,2 milyon ABŞ dolları, idxalının dəyəri isə 2,2 milyard ABŞ dollarına bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
