Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 311 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 184 min manat və ya 37,2% azdır.
Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 20% azalaraq 4 min manata enib.
Qeyd edək ki, 2025-ci ilin yanvarında bu növ üzrə yığımların məbləği 495 min manat, ödənişlərin məbləği isə 5 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
