Kral ailəsi Britaniyaya ildə yarım milyard funt-sterlinqə başa gəlir | Banco.az

Kral ailəsi Britaniyaya ildə yarım milyard funt-sterlinqə başa gəlir

Müəllif:Ayşən İmanova/Banco.az

Antimonarxiya təşkilatı “Republic”in son hesabatına görə, Britaniya kral ailəsini dəstəkləmək vergi ödəyicilərinə ildə 510 milyon funt-sterlinqə (680 milyon dollar) başa gəlir.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın “BBC” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu rəqəm kral ailəsinin xərclərini maliyyələşdirən 86 milyon funt-sterlinqlik Suveren Qrantdan təxminən 6 dəfə çoxdur.

“Republic” qeyd edir ki, kral ailəsi ilə bağlı xərclərin böyük hissəsi ictimaiyyətdən gizlədilir və rəsmi büdcəyə daxil edilmir. Təşkilat iddia edir ki, monarxiya institutunun real dəyəri hökumətin hesabatlarında göstəriləndən xeyli yüksəkdir.

Antimonarxistlər hesab edirlər ki, monarxın ümumi xərcləri ildə 5-10 milyon funt-sterlinq olmalıdır və şəxsən krala ildə 189 min funt-sterlinq maaş verilməlidir. Mövcud vəziyyəti onlar “xalqın pullarının qalmaqallı israfı” adlandırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et