KFC-nin yeni reklam filmi tamaşaçılarını keçmişə aparır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

KFC-nin yeni reklam filmi tamaşaçılarını keçmişə aparır

Tamara Mustafayeva, Banco.az

KFC Fransa Havas reklam agentliyi ilə birlikdə yeni reklam filminə imza atıb.

KFC-nin təsisçisi Harland Sandersin yer verildiyi reklam filmi tamaşaçılarını şirkətin təsis edildiyi 1952-ci ilə aparır. Tamaşaçılar Sandersi Kentukkidəki mətbəxində iş başında görürlər.

Diqqətlə və böyük həvəslə ərsəyə gətirilən xırtıldayan toyuq səbətinin necə hazırlandığı göstərilən reklam filmində KFC ənənəsinin hər dəfə eyni dərəcədə sevgi, peşəkarlıq və xüsusi tərzlə müştərilərə çatması vurğulanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram