Azərbaycanlılar iyunda Türkiyədə 72 mənzil alıblar | Banco.az

Azərbaycanlılar iyunda Türkiyədə 72 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin iyun ayında Türkiyədə 72 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə iyun ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,1% artaraq 2 015 ədədə yüksəlib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 381 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna və İran vətəndaşları (170 mənzil), üçüncü isə Çin (120 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram