İşdən çıxarkən nələri nəzərə almaq lazımdır? | Banco.az

İşdən çıxarkən nələri nəzərə almaq lazımdır?

İşə qəbul olmaq asan prosedur olmadığı kimi işdən çıxmaq da heç də səsləndiyi qədər asan deyil. Professional iş həyatında işdən çıxmağın da etik qaydaları mövcuddur. İşdən ayrılmaq qərarı vermisinizsə, onda bunu mümkün qədər səmimi və etik qaydalar çərçivəsində işlədiyiniz yerin sahibinə bildirməlisiniz. İşdən ayrılmaq qərarı versəniz aşağıdakı məsləhətləri nəzərdən qaçırmamağınız daha uyğun olar.

Qərarınız haqda ilk əvvəl rəhbərliyi xəbərdar edin. Bu qərarınızı sizdən eşitməsi rəhbərliyin sizə olan münasibətini müsbət səviyyədə saxlamağa yardımçı olacaq. Əgər işinizi tərk etmək səbəbi sizin pozisiya yaxud maaşınızla əlaqədardırsa bu haqda danışmaq daha faydalı olar. Əgər getməkdə qərarlısınızsa, onda bu haqda öncədən bildirməyiniz daha yaxşı olar, çünki sizi əvəzləyəcək insan tapmaq üçün zaman tələb oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

İşdən ayrılma səbəbini açıqlayarkən səmimi davranın. Bu sizin haqda fikirləri yenidən formalaşdırmağa yardımçı ola bilər.

Əməkdaşlığa görə təşəkkür edin. Unutmayın ki, hər bir iş yerindən öyrənəcəyiniz müsbət və mənfi tərəflər var, hansı ki, gələcək fəaliyyətinizdə mühüm rol oynaya bilər. Bundan əlavə bu sizin öz baxış bucağınızı dəyişməyinizə də yardımçı olacaq. Həmçinin sizin özünüz haqda formalaşdırdığınız fikir də başqa yerdə iş fəaliyyətinizə mühüm təsir edəcək.

İşdən ayrılmaq üçün sizə verilən müddətdə öz öhdəliklərinizi doğru şəkildə həyata keçirin. Bu sizin həm özünüz, həm də professional fəaliyyətiniz üçün vacib xarakter daşıyır.

Nəcibə Yusifova, Banco.az