AMB sistem əhəmiyyətli sığortaçılar üçün meyarları dəyişdi | Banco.az

AMB sistem əhəmiyyətli sığortaçılar üçün meyarları dəyişdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları"nda dəyişikliklər edib.

Banco.az  xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bazar iştirakçısının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi üçün kateqoriyaların sayını 4-dən 3-ə, indikatorların sayı isə 8-dən 6-ya endirilib.

Bununla belə, sistem əhəmiyyətliliyi müəyyənləşdirmək üçün cəmi aktivlər indikatoru 20 %-dən 30 %-ə çatdırılıb.