İş yerini tərk etməyə səbəb olan 9 maddə | Banco.az

İş yerini tərk etməyə səbəb olan 9 maddə

İşçilərin iş yerlərini tərk etməsinin bir çox səbəbləri var. Bəzi hallarda çalışqan işçilərin iş yerini tərk etməsinin səbəbi adətən, rəhbərlərin səhvlərinə əsaslanır. İş yerini tərk etməyə məcbur edən 9 xoşagəlməz vəziyyəti təqdim edirik.

Daha çox işləmək – Menecerlər tez-tez yaxşı işçilərini daha çox işlətmək kimi səhvə düşürlər. Stanford Universitetində edilən bir araşdırmaya görə, həftəlik iş saatı 50-dən artıq olduqda, məhsuldarlıq azalır; 55 saatdan artıq olduqda məhsuldarlıq və işləməmək arasında demək olar ki, heç bir fərq olmur. Yaxşı işçilərinizin daha çox çalışması lazım olduğunu düşünsəniz, onların statusunu da artırmalısınız. Maaş artımı, təltif və yeni adlar heyətinizi daha da təşviq edəcəkdir. Yaxşı bir işçiyə yeni bir şey təklif etmədən daha çox iş verdiyiniz təqdirdə, ona layiq olanları gətirəcək yeni bir iş tapmağa çalışacaq.

Qiymətləndirilməmək – Tərifi hər kəs sevir; xüsusilə ağır işləyənlər və bütün gücünü ortaya qoyanlar, rəhbərlərindən həvəsləndirici sözlər eşitməyə ehtiyacları var. Menecerlər öz işçiləri ilə ünsiyyətdə olmalı və onlar üçün yaxşı olanı tapmalı və onları mükafatlandırmalıdırlar.

Verilən vədlərin yerinə yetirilməməsi - İşəgötürən işçilərə müxtəlif vədlər verərkən çox diqqətli olmalıdır. Çünki müdir olaraq, onun etibarlılığı sarsılır və işçilər öz sözlərini yerinə yetirməyən menecerə hörmət etməzlər. Digər tərəfdən işəgötürən sözləri yerinə yetirmədikdə, işçilər də bunun üçün məsuliyyət hiss etməzlər.

Səhv insanların işə qəbul edilməsi – Yaxşı və çalışqan insanlar özləri kimi həmkarları ilə işləmək istəyirlər. İşəgötürənlər işə qəbul edərkən diqqətli olmadıqda yaxşı işçilərin motivasiyasını azalda bilər.

Həvəslərinin arxasınca getməyə icazə verilməməsi – Yaxşı işçilərin həvəslərini davam etdirmək imkanı onların məhsuldarlığını artıracaqdır. Ancaq bir çox işəgötürən, işçilərini kiçik bir qutuda həbs edir və onlara icazə verildikdə səmərəliliyin azaldılacağına inanır. Bu qorxu olduqca əsassızdır. Tədqiqata görə, həvəslərini davam etdirməyə icazə verən insanlar məhsuldarlığını 5 dəfə artırır.

Ən sərfəli kredit üçün müraciət et

İşəgötürənin insan münasibətlərindəki zəifliyi – Onlar işçilərlə kifayət qədər təmasda olmadıqları üçün ittiham olunduqda, rəhbər mövqedə olduqlarını iddia edirlər, çünki onlar səlahiyyət verməlidirlər. Lakin, əslində yaxşı rəhbərlər yaxşı dinləyici olmalıdır. Onların çalışqan bir işçisi olduqda, özünü yaxşılaşdıra biləcəyi sahələri müəyyənləşdirmək vəzifəsi var. Buna görə sizin rəyləriniz onlar üçün çox vacibdir.

Əhəmiyyət verilməmək – İşlərini tərk edən insanların yarıdan çoxu, müdirləri ilə olan münasibətləri səbəbindən belə bir qərar qəbul edirlər. Bəzi şirkətlər menecerlərə insan və peşəkar olmaq arasında bir tarazlıq yaratmağı öyrədirlər. Belə menecerlər işçilərinin müvəffəqiyyətlərini necə mükafatlandıracağını və çətin günlərdə onlarla empatiya qura bilməyi bacarırlar. Sizə əhəmiyyət verilmədiyi bir işdə gündə 8 saat və ya daha çox işləmək həqiqətən çətin ola bilər.

Yaradıcılığı məhdudlaşdırmaq – Ən yaxşı işçilər toxunduqları hər şeyi inkişaf etdirməyə çalışırlar. Status-kvonu qorumaq üçün onların  dəyişdirmək və inkişaf etdirmək imkanını əllərindən alsanız işlərinə nifrət etməyə başlaya bilərlər.

Təşviq edilməmək – Yaxşı müdirlər işçilərinə adi vəzifələr vermək əvəzinə onları təşviq edəcəyi və potensialını ortaya qoyacaq çətin vəzifələr ilə sınayırlar. Bunu etməklə, işçilərinin müvəffəqiyyətli olması üçün lazımi köməyi də əsirgəmirlər. Bunun nəticəsidir ki, istedadlı və ağıllı insanlar asan və ya darıxdırıcı işdən ayrılıb başqa iş axtarırlar.

Pərvanə Aslanova, Banco.az