Rusiyanın qızıl ehtiyatları 6,5 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Rusiyanın qızıl ehtiyatları 6,5 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın qızıl ehtiyatları 6,5 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Rusiyanın qızıl ehtiyatları ilin əvvəlindən etibarən təxminən 1,6 milyon unsiya azalaraq iyulun 31-i tarixinə 73,2 milyon unsiyaya geriləyib.

Beləliklə, ölkənin qızıl ehtiyatları 2020-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. “Rusiya Mərkəzi Bankı”nın açıqladığı məlumatlara görə, ölkənin qızıl ehtiyatları ilin əvvəlindəki təxminən 74,8 milyon unsiya səviyyəsindən iyulun sonunda 73,2 milyon unsiyaya enib.

Nəticədə Rusiyanın qızıl ehtiyatları ilin ilk yeddi ayında təxminən 2,1 faiz azalaraq 2020-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə geriləyib.

“Rusiya Maliyyə Nazirliyi”nin məlumatlarına görə, ölkənin federal büdcə kəsiri bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 6,5 trilyon rubla, yəni təxminən 79 milyard dollara çatıb.

Ölkənin büdcə xərcləri, xüsusilə müdafiə sənayesinə yönəldilən vəsaitlərin təsiri ilə son illərdə əhəmiyyətli dərəcədə artıb. Analitiklər isə qızıl satışlarının büdcə kəsirinin maliyyələşdirilməsində istifadə oluna biləcəyini bildirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram