Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla müharibənin yeni bir mərhələyə qədəm qoyduğunu və hazırda ən təsirli vasitənin iqtisadi təzyiq olduğunu bildirib.
Banco.az xəbər verir ki, Vens çıxışı zamanı İranla bağlı açıqlamalar verib.
Vans Hörmüz boğazının İranın "kozırı" olduğunu bildirərək, ticarət gəmilərinə hücumlara baxmayaraq boğazdan yüksək həcmdə neftin keçdiyini qeyd edib.
Vans həmçinin ABŞ-da yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü vurğulayıb.
O bildirib ki, əgər ABŞ-da enerji qiymətlərini azaltmağı və İranı kommersiya gəmilərinə hücumlarına görə cəzalandırmağı bacarsalar, bu, Tehrana iqtisadi təzyiq yaradacaq və bu təzyiq İranın danışıqlar mövqeyinə də təsir göstərə bilər.
