İKZF-nin ipoteka kreditləri portfeli 12%-dək böyüyüb | Banco.az

İKZF-nin ipoteka kreditləri portfeli 12%-dək böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 546 milyon manata bərabər olub.

Banco.az Fonda istinadən xəbər verir ki, bu, illik müqayisədə 269 milyon 183 min manat və ya 11,8% çoxdur.

Qeyd edək ki, eyni dövrdə Fondun aktivləri illik müqayisədə 646 milyon 993 min manat və ya 19,3% artaraq 4 milyard 000,792 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram