Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-iyun aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 252 milyon 413 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 6 milyon 977 min dollar və ya 2,7% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,03%-ni təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycan 259 milyon 390 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
