Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in faiz artımı ehtimalı kriptovalyuta bazarına təzyiq göstərib.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə çərçivəsində gözlənilməz addım ataraq faiz dərəcəsini 0,25 faiz bəndi artıra biləcəyi ilə bağlı iddialar rəqəmsal aktivlər bazarında ciddi dalğalanmaya səbəb olub.
“Citadel Securities” şirkətinin çərşənbə günü keçiriləcək iclasda FED-in faiz dərəcəsini 0,25 faiz bəndi artıracağına dair proqnozu və bazarın bu ehtimalı təxminən üçdəbir səviyyəsində qiymətləndirməsi investorların risk iştahını əhəmiyyətli dərəcədə azaldıb.
Makroiqtisadi təzyiqlərin təsiri ilə bitkoin gün ərzində 2,9 faizədək ucuzlaşaraq 63 018 dollara enib. Bu, son 11 gün ərzində qeydə alınan ən aşağı göstərici olub.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan ether isə 4,1 faiz dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
