Gürcüstanın Azərbaycandan idxalı 10%-dən çox artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstanın Azərbaycandan idxalı 10%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstan bu ilin yanvar-iyul aylarında Azərbaycandan 456 milyon 210 min dollarlıq mal idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 7 aylıq dövrü ilə müqayisədə 43 milyon 79 min dollar və ya 10,4% çoxdur.

Hesabat dövündə Azərbaycanın Gürcüstandan idxalı isə 64 milyon 112 min dollar dəyərində olub.

Əlavə edək ki, hazırda Gürcüstan Azərbaycanın əsas qeyri-neft idxalçılarından biridir. Belə ki, Azərbaycan cari ilin 7 ayında Gürcüstana 198 milyon 697 min dollarlıq məhsul ixrac edib. Bunun da Azərbaycanın qeyri-neft ixracında payı 9,90% olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram