Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb | Banco.az

Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-may aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 569 milyon 817 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 5 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 269 milyon 263 min dollar təşkil edib.

Bu da illik müqayisədə 4,6% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,7%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 282 milyon 380 min dollar olub. 

Azərbaycandan idxal isə 300 milyon 554 min dollara bərabər olub. Bu isə illik müqayisədə 24,5% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 241 milyon 317 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram