Faiz endirimlərinə İsveçrə də qoşulub | Banco.az

Faiz endirimlərinə İsveçrə də qoşulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Milli Bankı (SNB) uçot dərəcəsini bazar proqnozlarına uyğun olaraq 25 baza bəndi azaldıb.

Banco.az xəbər verir ki, son günlərdə monetar ekspansiya siyasəti həyata keçirən mərkəzi bankların siyahısına İsveçrə Milli Bankı (SNB) da qoşulub.

Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 1 faizə endirib. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları da faiz dərəcəsinin 25 baza bəndi azalacağı istiqamətində idi.

Qərar mətnində bank məzənnə ilə bağlı mesajlar da verib. Mətndə qeyd olunub ki, bank lazım gələrsə, frankın məzənnəsinə müdaxilə etməyə hazırdır.

Eyni zamanda, pul siyasəti yolu ilə bağlı mesajlar da mətnə ​​daxil edilib. Mətndə növbəti rüblərdə əlavə azalmaların lazım ola biləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et