Ən çox su istehlak edən ölkələr: Azərbaycan ilk onluqda | Banco.az

Ən çox su istehlak edən ölkələr: Azərbaycan ilk onluqda

Müəllif:Mehin Qasımova,Banco.az

Ən çox su istehlak edən ölkələrin siyası açıqlanıb.

Banco.az xəbər verir ki,  bu rəqəmlər "Worldometer" portalı tərəfindən dərc edilən qlobal su istifadəsi indeksində açıqlanıb.

Məlumata görə, adambaşına düşən su istehlakına görə Mərkəzi Asiya ölkələri dünyada ilk onluğa daxil olub .

Məlumatlara görə, Özbəkistan 54,56 milyard kubmetrlə regionda ümumi illik su istehlakına görə liderlik edir. Türkmənistan — 27,9 milyard kubmetr, Qazaxıstan — 22,77 milyard kubmetr, Tacikistan — 11,49 milyard kubmetr. Ən aşağı istehlak səviyyəsi təxminən 8 milyard kubmetr ilə Qırğızıstana məxsusdur.

Türkmənistan adambaşına orta gündəlik su istehlakına görə  dünyada lider kimi qeydə alınıb. Burada adambaşına gündə 15.445 litr su istehlak olunur.

Çili və Qayana ehtiyatlarından ən çox istifadə edən on ölkə arasındadır.

İlk 10 siyahıda ABŞ, İran, Estoniya və Azərbaycan da yer alır. Qazaxıstanda adambaşına düşən orta gündəlik su istehlakı səviyyəsi 3397 litrdir və regionda ən aşağı göstəricilərdən biridir.

Ən qənaətcil su istifadəsi Afrika ölkələrində, xüsusən də Konqo Demokratik Respublikasında müşahidə olunur. Orada bir nəfər gündə cəmi 32 litr su istehlak edir.