Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən ləzzətli milli mətbəxlərinin reytinqi açıqlanıb.
Banco.az xəbər verir ki, beynəlxalq qastronomik qiymətləndirmələrə əsasən, bu siyahı müxtəlif ölkələrin ənənəvi yeməklərinin dadı, müxtəlifliyi və populyarlığı nəzərə alınmaqla tərtib edilib.
İtaliya 4.64 balla siyahıya başçılıq edib. Bu, bir daha sübut edib ki, ölkənin məşhur yeməkləri olan pizza, makaron və risotto dünyada milyonlarla insanın sevimlisidir.
Yunanıstan ikinci (4.60), Peru isə üçüncü (4.54) olub. İlk beşliyi Portuqaliya və İspaniya tamamlayıb.
Bundan əlavə, Yaponiya, Türkiyə, Çin, Fransa və İndoneziya dünyanın ən ləzzətli mətbəxlərinə malik ilk on ölkəsi arasında yer alıb. Hər biri özünəməxsus yeməkləri və zəngin qastronomik ənənələri ilə yüksək bal alıb.
Reytinqdə Gürcüstan 21-ci, Rusiya 28-ci və Ukrayna 43-cü yerdə qərarlaşıb. Azərbaycan 67-ci, Belarus 79-cu, Ermənistan 87-ci və Qazaxıstan 98-ci yerdə qərarlaşıb.
