Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən müəyyən kənd təsərrüfatı və qida məhsullarının idxalına qoyulan qadağanı uzadıb.
Banco.az xəbər verir ki, yeni qərarla bu idxal məhdudiyyətləri 31 dekabr 2028-ci ilə qədər qüvvədə qalacaq.
2014-cü ilin avqust ayında Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən müəyyən kənd təsərrüfatı məhsullarının, xammalın və qida məhsullarının idxalını qadağan edib.
Tədbirlər ət və emal olunmuş ət məhsulları, balıq və dəniz məhsulları, tərəvəz, meyvə və süd məhsullarını əhatə edir. Son düzəlişdən sonra müəyyən ölkələrdən bu məhsulların Rusiyaya idxalına qoyulan məhdudiyyətlər 2028-ci ilin sonuna qədər davam edəcək.
İdxal qadağası ABŞ, Avropa Birliyi, Kanada, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteyn kimi ölkələrdən müəyyən məhsulların idxalını əhatə edir .
