Dünya bazarında neft bahalaşdı | Banco.az

Dünya bazarında neft bahalaşdı

Neft qiymətləri əvvəlki sessiyanın sonunda 2,5% azaldıqdan sonra korreksiya çərçivəsində çərşənbə axşamı günü yüksəlir.

Ekspertlərin fikrincə, geosiyasi, iqtisadi və mövsümi amillər bazarın daha da böyüməsinə imkan verməyəcək. 

Banco.az xəbər verir ki,Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 66,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,46 dollar (0,69%) çoxdur. Bazar ertəsi bu kontraktlar 1,7 dollar (2,5%) azalaraq 66,26 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,52 dollar (0,83%) artaraq bir barel üçün 62,93 dollar təşkil edib. Əvvəlki sessiyanın nəticələrinə görə, bu müqavilələrin dəyəri 1,6 dollar (2,5%) azalaraq 62,41 dollar/barel təşkil edib.