Bu ilin sonunadək Azərbaycanda virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər | Banco.az

Bu ilin sonunadək Azərbaycanda virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Bu ilin sonunadək Azərbaycanda virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.

Banco.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.

 O qeyd edib ki, , AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib:

"Bu kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir".

"Hər şey plan üzrə gedərsə, ilin sonunadək ölkəmizdə kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bu istiqamətdə də komanda olduqca fəal və intensiv şəkildə iş aparır",- deyə Fidan Tofidi deyib.