Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 5 milyon 56 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 14 milyon 422 min manat və ya 3,9 dəfə azdır. 2025-ci ilin yanvar-fevral aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 19 milyon 478 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 232 min manat və ya 34,8% azalaraq 435 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
