Daha bir sığorta agentinin lisenziyası ləğv edildi | Banco.az

Daha bir sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib.

Banco.az xəbər  verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 21 iyul 2026-cı il tarixli qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilmişdir- deyə AMB bildirib.