Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF xəbərdarlıq edir: Qlobal iqtisadiyyat mənfi senariyə doğru gedir.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak bildirib ki, Yaxın Şərqdəki müharibənin təsiri ilə yüksələn neft qiymətləri qlobal iqtisadiyyatı “mənfi” senariyə doğru istiqamətləndirir. Bununla belə, orta müddətli inflyasiya gözləntiləri hələ də sabit qalır.
Kozak keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatda baş verən son dəyişikliklərlə bağlı qiymətləndirmələr aparıb.
O qeyd edib ki, Yaxın Şərqdə baş verən qarşıdurmalardan sonra enerji bazarlarındakı ümumi vəziyyətin necə formalaşdığına dair texniki araşdırmalar davam edir. Kozak əlavə edib ki, BVF də üzv ölkələrlə fəal təmas halındadır.
Kozak bildirib: “Üzv ölkələrimizlə qlobal iqtisadiyyata yönəlmiş son sarsıntı qarşısında hansı ehtiyaclarının olduğunu qiymətləndiririk və Fondun hansı sahələrdə dəstək göstərə biləcəyini onlarla birlikdə araşdırırıq. Hazırda müşahidə etdiyimizə görə, bir çox ölkə bizdən xüsusilə iqtisadi siyasət sahəsində dəstək istəyir. Ölkələr mövcud şərait çərçivəsində bu sarsıntıya ən uyğun şəkildə necə cavab verə biləcəkləri ilə bağlı siyasət tövsiyələri tələb edirlər.”
Bizi sosial şəbəkələrdən izləyin!!
