Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya şəhərləri arasında birinci yeri Əbu-Dabi (331.46 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Çilinin şəhəri Valparaiso (327.31 Mbps) ikinci, Fransanın şəhəri Lion (326.76 Mbps) üçüncü olub.
198 ölkə arasında sonuncu yerdə Suriyanın Hələb şəhəri (1.99 Mbps) qərarlaşıb. Bakı isə bu siyahıda 115-ci (67.75 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 şəhər bunlardır (Yanvar, 2025):
- Əbu-Dabi (BƏƏ) – 331.46 Mbps
- Valparaiso (Çili) – 327.31 Mbps
- Lion (Fransa) – 326.76 Mbps
- Pekin (Çin) – 296.51 Mbps
- Nyu York (ABŞ) – 294.05 Mbps
- Buxarest (Rumıniya) – 282.74 Mbps
- Şanxay (Çin) – 280.04 Mbps
- Sürix (İsveçrə) – 277.84 Mbps
- Cenevrə (İsveçrə) – 275.93 Mbps
- Taypey (Tayvan) – 270.95 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!