Bu ölkədə elektrik yük maşınları üçün sürətli enerji doldurma şəbəkəsi yaradılacaq | Banco.az

Bu ölkədə elektrik yük maşınları üçün sürətli enerji doldurma şəbəkəsi yaradılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada elektrik yük maşınları üçün sürətli enerji doldurma şəbəkəsi yaradılacaq.

Banco.az xəbər verir ki, Almaniyada nəqliyyat sektorunda iqlim mühafizəsi hədəflərinə nail olmaq üçün elektrik yük maşınları üçün sürətli enerji doldurma infrastrukturu layihəsinə start verilib.

Nəqliyyat və İqtisadiyyat Nazirliyi ilə İqlim Mühafizəsi Nazirliyinin birgə bəyanatına əsasən, magistral yollarda elektrik yük maşınları üçün nəzərdə tutulan sürətli enerji doldurma infrastrukturunun tikintisi üçün “Yola Güc” (“Power to the Road”) mövzusunda yeni layihəyə start verilib.

Ölkədəki magistral yolların təxminən 95 faizini əhatə edən 350 sürətli enerjidoldurma məntəqəsindən ibarət sürətli enerjidoldurma şəbəkəsində ümumi şəbəkə gücünün 2,8 meqavat olması planlaşdırılır.

Təxminən 130 planlaşdırılmış enerji doldurma məntəqəsi üçün açıq tenderlər yayın sonunda keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, Federal Mühərrikli Nəqliyyat Administrasiyasının (KBA) məlumatlarına görə, 2024-cü ilin aprel ayına olan nəticələrə əsasən elektrik nəqliyyat vasitələri Almaniyanın kommersiya yük maşınları ehtiyatının təkcə 2,1 faizini təşkil edir.

Qeyd edək ki, Almaniya 2045-ci ilə qədər nəqliyyat sektorunu karbonsuzlaşdırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et