Rusiya almaz ehtiyatlarına görə dünya lideridir.
Banco.az xəbər verir ki, dünya almaz ehtiyatlarının 45%-i Rusiyaya məxsusdur.
Rusiyada ümumi ehtiyatları 982,4 milyon karat olan 81 almaz yatağı var. Bundan əlavə, ölkədə daha 25,8 min karat almaz ehtiyatı olan daha 39 texnogen (mədən işlərinin tullantılarından əmələ gələn) yatağı var.
Ölkədəki bütün təbii almaz ehtiyatlarının 80%-dən çoxu Uzaq Şərqdə, Yakutiyada yerləşir. Demək olar ki, almaz ehtiyatlarının 20%-i şimal-qərbdə, Arxangelsk vilayətindədir.
Məlumata görə, Rusiyada üç ən böyük almaz yatağı Yakutiyada yerləşir.