Bu ilin əvvəlindən 221 yeni dövlət standartı qəbul edilib | Banco.az

Bu ilin əvvəlindən 221 yeni dövlət standartı qəbul edilib

2025-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 221 yeni dövlət standartı qəbul edilib.

Bu barədə AZSTAND-dən məlumat  verilib.

    Qeyd edilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

    Məlumata görə, bu dövrdə qida texnologiyası və kənd təsərrüfatı üzrə 44, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 27, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 21, nəqliyyat sahəsi üzrə 7, idarəetmə və keyfiyyət üzrə 10, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 4, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi sahəsi üzrə 58, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə 1, kimya texnologiyası sahəsi üzrə 1, qablaşdırma, kağız, karton sahəsi üzrə 3, səhiyyə və tibb sahəsində 1 dövlət standartı qəbul edilib.