Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-iyul aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 305 milyon 178 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 8 milyon 698 min dollar və ya 2,8% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,1%-ni təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin ilk 7 ayında Azərbaycan 313 milyon 876 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
