Daha yaxşı yaşamaq üçün nə gözləyirsiniz? Nə olacağına ümid edirsiniz? Nə üçün hərəkətə keçmirsiniz?
Adətən yeni il, yeni ay və ya yeni həftə ərəfəsində insanlar çoxlu planlar qurur, özlərinə və yaxınlarına vədlər verir və dəyişəcəklərinə inandırırlar. Amma çox keçmədən bu sözlər unudulur, tutduğunuz gündəlik-qeyd dəftəri yazdığınız qeydlərin və xəyəlların külliyatına çevrili. Röyalarınızı gerçəkləşdirmək üçün addım atmaq əvəzinə gözləmə rejiminə girirsiniz.
Bu vərdişlərdən qurtulmaq üçün sizi həyata ilhamlandıracaq 15 dahi fikirlə baş-başa qoyuruq.
Oxuyun, amma çox düşünməyin, hərəkətə keçin.
“Həyatındakı iki ən vacib gündən biri doğulduğun, ikincisi isə niyə doğulduğunu anlayacağın gündür”. – Mark Twain
“Həyatı çox ciddiyə alma, heç kəs ondan sağ qurtulmur”. – Elbert Hubbard
“Cəmi üç sözlə həyat haqqında öyrəndiyim hər şeyi yekunlaşdıra bilərəm: O, davam edir”. – Robert Frost
"İtirilmiş zaman heç vaxt geri qayıtmır." – Benjamin Franklin
"Nəzərində saxla ki, böyük eşq və böyük nailiyyətlər – böyük risk tələb edir." – Dalai Lama
“Öyrənməklə bağlı ən gözəl şey - heç kəs onu səndən geri ala bilməz ” – B.B King
“Təcrübəsizlik bir fəaliyyətdir. Ondan yararlan”. – Wendy Kopp
“Dəyişiklik biz başqa birini və ya başqa bir zamanın gəlməsini gözlədiyimiz müddətcə gəlməyəcək. Gözlədiyimiz insan elə biz özümüzük. Axtardığımız dəyişiklik biz özümüzük.” – Barack Obama
“Mənim limitim səma deyil…. Mənəm.” - T.F. Hodge
“Həyat ya məftunedici əyləncədir, ya da ümumiyyətlə heç nə deyil.” – Helen Keller
“Dayanmadığın müddətcə nə qədər asta getdiyin önəmli deyil.” – Konfutsi
“O qədər çox insan arzularını gerçəkləşdirmir, çünki qorxuları ilə yaşamağı seçir." – Les Brown
“Güc və ya zəka deyil, davamlı səylər potensialımızı açacaq əsas açardır.” – Winston Churchill
“Bacaracağına inan. Artıq yolun yarısını qət etmiş olacaqsan." - Theodore Roosevelt
“Uğur əlimizdə olanla əlimizdən gələnin ən yaxşısını etməkdir. Uğur prosessdir, nəticə deyil, o, cəhd etməkdə özünü göstərir, zəfərə nail olmaqda deyil. Şəxsi bir standard fərdi bir meyardır, içimizdə olan ən yüksəyə çatmaqdır, ola biləcəyimiz hər şeyə çevrilməkdir." - Zig Ziglar
Həmçinin oxu: İşçiləri motivasiya etmək üçün 8 üsul
1lady.az
Bizi sosial şəbəkələrdən izləyin!!