“BP” ABŞ-də külək enerjisi biznesini satmağı planlaşdırır | Banco.az

“BP” ABŞ-də külək enerjisi biznesini satmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniyanın “BP” şirkəti ABŞ-də külək enerjisi biznesi “BP Wind Energy”ni satışa çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Bildirilir ki, “BP Wind Energy” yeddi ştatda on külək stansiyasında pay  sahibidir. Onların hamısı şəbəkəyə qoşulub və ümumi gücü 1,3 GVt təşkil edir.

“RBC Capital Markets” analitikləri bu biznesin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

“Bu planlaşdırılan satış portfelimizi daha da sadələşdirmək strategiyasının bir hissəsidir”, - “BP”nin qaz və aşağı karbonlu enerji şöbəsinin rəhbəri Uilyam Lin bildirib.

Şirkət, ABŞ-də bərpa olunan enerji sahəsinə genişlənməsi üçün əsas platforma kimi “Lightsource BP”nin günəş enerjisi biznesinə diqqət yetirmək istədiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et