Bolqarıstan bu tarixdən etibarən avronu qəbul etməyə hazırlaşır | Banco.az

Bolqarıstan bu tarixdən etibarən avronu qəbul etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bolqarıstan Mərkəzi Bankının sədri Dimitar Radev bütün lazımi ilkin şərtləri yerinə yetirdiklərini və hədəflərinin 1 yanvar 2026-cı il tarixindən etibarən avroya keçmək olduğunu bildirib.

Banco.az xəbər verir ki, Bolqarıstan Mərkəzi Bankının sədri Dimitar Radev ölkəsinin 2026-cı il yanvarın 1-dən etibarən milli valyutası leva yerinə avroya keçməyə hazır olduğunu bildirib.

Radev mətbuata verdiyi açıqlamada, “Ölkəmiz avroya keçid üçün tələb olunan bütün ilkin şərtləri yerinə yetirib. Məqsədimiz 1 yanvardan etibarən avroya keçməkdir,” deyib.

Radev tam şəkildə hazır olduqlarını qeyd etsə də, yalnız öz qiymətləndirmələrinin kifayət etmədiyinə də diqqət çəkib. O, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasının bu məsələdə son söz sahibi olacağını və onların təsdiqi əsasında üzvlük prosedurunun tamamlanacağını bildirib.

Radev avroya keçidin əsas meyarlarından biri olan inflyasiya ilə bağlı da Bolqarıstanın üzərinə düşəni etdiyini deyib və aprel ayına qədər illik orta inflyasiya səviyyəsinin 2,7% səviyyələrində  qaldığını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram