Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı milyarder İlon Mask OpenAI-yə qarşı məhkəmə iddiasında süni intellektin (Sİ) bəşəriyyətin məhvinə səbəb ola biləcəyini iddia edib.
Banco.az xəbər verir ki, Fortune jurnalı onun sözlərini sitat gətirib.
Amerikalı milyarder qeyd edib ki, süni intellekt hər kəsi öldürə bilər:
"Biz istəmirik ki, bu, "Terminator" kimi bitsin. Biz istəyirik ki, bu, Cin Roddenberrinin "Ulduz Yolu" kimi bitsin".
Mask qeyd edib ki, 2015-ci ildə OpenAI-nin baş direktoru Sem Altmanla süni intellektdən necə qorunmaq barədə müzakirə aparıb. Milyarderin sözlərinə görə, onun narahatlıqları Google-ın həmtəsisçisi Larri Peyclə görüş zamanı daha da artıb.
Larri Peyc Maskı gələcək rəqəmsal həyat formalarından daha çox insanlara üstünlük verməkdə günahlandırıb.
