Rusiya OPEC+ ilə bağlı qərarını açıqlayıb | Banco.az

Rusiya OPEC+ ilə bağlı qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya OPEC+ ilə bağlı qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan bəzi neft istehsalçısı ölkələrin birləşdiyi OPEC+ formatında qalmağa davam edəcək. O qeyd edib: “Bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə azaltmağa kömək edir”.

Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+ üzvlüyündən ayrılacağını bildirməsindən sonra bu açıqlama ilə çıxış edib. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya həm OPEC, həm də OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələrin daxil olduğu OPEC+ çərçivəsində fəaliyyətini davam etdirəcək.

Peskov ümid etdiyini bildirib ki, OPEC və OPEC+ fəaliyyətini davam etdirəcək və xüsusilə qlobal bazarlarda mövcud qeyri-sabitlik şəraitində bu qurumun mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, “bu format enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə azaltmağa və həmin bazarları sabitləşdirməyə kömək edir”.

Peskov həmçinin BƏƏ-nin ayrılmaq qərarına hörmətlə yanaşdıqlarını və Rusiyanın BƏƏ ilə enerji sahəsində dialoqun davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram