Bitkoinin qiyməti yenidən tarixi rekord qırıb | Banco.az

Bitkoinin qiyməti yenidən tarixi rekord qırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Bitkoinin qiyməti 93,9 min dollarla yenidən tarixi maksimuma çatıb.

Banco.az xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjasının məlumatında deyilir.

Kəskin dəyər artımından sonra Bitkoinin məzənnəsi 92,2 min dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, noyabrın 14-də Bitkoin bütün zamanların ən yüksək göstəricisinə çatandan bir neçə saat sonra 5 min dollar ucuzlaşıb. Beş saat ərzində məzənnə bir sikkə üçün 93,409,02 dollardan 88,276,8 dollara qədər düşüb.

Qeyd edək ki, ABŞ-də prezident seçkisinin nəticələri məlum olduqdan sonra Bitkoin kəskin bahalaşmağa başlayıb.