Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Ötən həftə 69 min dollara qədər bahalaşmaqla tarixi rekorda imza atan bitkoin sürətlə ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 8% dəyər itirməklə 60 min 588 dollara geriləyib. Daha sonra bir qədər də ucuzlaşaraq hazırda 60 min 392 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da 4 min 878 dollarla öz rekordunu yenilədikdən sonra ümumilikdə 10,3% dəyər itkisi ilə 3 min 290 dollara enib.

Qeyd edək ki, əsas kriptovalyutaların ucuzlaşması altkoinlərə də təsirsiz ötüşməyib. Ötən sutka ərzində altkoinlər ümumilikdə 100 milyarddan çox dəyər itirərkən, kriptovalyuta bazarı da 6,7% kiçilmə ilə 2.81 trilyon dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et